Enerji resurslarından effektiv istifadə edək.
Ana Səhifə İstilik izolyasiyası Su izolyasiyası Havasız püskürtmə aparatları Rafştorlar Videolar Əlaqə
Sertifikat
Tərəfdaşlarımız
“Köster” Yapı Kimyasalları İnşaat, Sanayi ve Ticaret A.Ş., Almaniya - Türkiyə.
"Kimteks" Kimya Tekstil Ürünleri Ticaret A.Ş., Türkiyə.
"KRYPTON CHEMICAL", S.L., İspaniya.
"Liuqiud Rubber Russia ink." Rusiya - Kanada.
"Icynene" Kanada.
"Lallafoam Global" ABŞ.
"Dino Power" Çin.
"Ecotermix" Rusiya.
"Levin Group" Rusiya.
Rafştorlar

Yayda günəşin qızmar şüalarının pəncərədən keçərək içərini qızdırmasının qarşısını almaq üçün adətən mənzillərdə pərdələrdən, ofislərdə isə jalyüzlərdən istifadə edirik. Beləliklə də şüaların içəri düşməsinin qarşısı alınmış olur. Lakin günəş şüaları şüşələrdən keçmiş olduğundan jalyüz və pərdələri qızdırır. Bu halda pərdələr və jalyüzlər istilik sistemindəki qızdırıcı batareya rolunu oynayır, yəni günəş şüaları onları qızdırır və istilik mənzilin və ya ofisin içərisinə tədricən verilmiş olur. Komfort şərait yaratmaq üçün kondisionerlərdən istifadə edirik. Mənzilimizdəki havanın temperaturunu bir dərəcə aşağı salmaq üçün kondisionerin nə qədər müddət dayanmadan çalışacağını hər birimiz sınaqdan keçirə bilərik - xeyli miqdarda elektrik enerjisi sərf etmiş oluruq. Bu izafi xərclərin qarşısını almaq üçün bu gün Amerikada və Avopada çöl tərəfdən vurulan jalyüzlər – RAFŞTORLAR geniş yayılmışdır. Rafştorların lamelləri alminiumdan C və ya Z hərifi formasında istehsal olunur, paslanmır, asan yuyulur , ətraf mühitin təsirlərinə və küləyə qarşı dayanıqlı olur. İdarə etmə əl ilə (içəridən), divara vurulmuş elektron açar vasitəsi ilə və ya məsafədən pult ilə mümkündür. Günəş şüaları rafştorları qızdırsa da, onalar çöl tərfdə yerləşmiş olduqlarından və pəncərə ilə arasında müəyyən hava oynayan aralıq olduğundan içəri istilik vermir. Lamellər qapanmış, 45, 90 və 135 dərəcə bucaq altında olabilir. Bu həm də yağış yağan zaman şüşələrin çirklənməsinin qarşısını almış olur, içərinin işıqlı olmasına baxmayaraq küçədən içəri görsənmir. Təcrübə göstərir ki, rafştorlar olan mənzildə temperatur 4-7 dərəcə aşağı olur, bu isə külli miqdarda enerji xərclərinin azalması deməkdir.

Rafştorlar çöl tərəfdən divardakı pəncərə aralığının içərisinə və ya bu aralığı hər tərəfdən 5sm örtməklə üzərinə qoyula bilər, müxtəlif rəng çalarları mövcuddur. Külək və yağışa görə avtomatik bağlana bilən variantlar mümkündür.

Bu sahədə Almaniya, Türkiyə və Rusiya istehsalçılarının işlərini analiz etdikdən sonra optimal qiymət və keyfiyyət kriteriyasına görə Moskvanın Levin-Group müəsisəsi ilə diler müqaviləsi imzaladıq. Levin-Group istehsalı olan rafştorlarda mühərrik və elktronika sistemi Fransanındır. İstehsal olunan rafştorların nümunəsini ofisimizdə görə bilərsiniz. Daha ətraflı məlumat saytımızda olan video roliklərdə var.

Sifariş vermək üçün ustalarımız ölçü götürdükdən sonra detallar razılaşdırılır və qiymət hesablanır.

Şəkillərə daha böyük ölçüdə baxmaq üçün üzərinə bir dəfə klikləyin.

Rafştorlar Rafştorlar
Rafştorlar
© 2011. // "Izolyasiya.az" MMC
Saytda təqdim olunan bütün işlər "Izolyasiya.az" MMC-yə aiddir və götürülməsi qəti qadağandır!